Modern.az

Mbappe Avropa Çempionatının oyunlarını buraxacaq - Burnu sındı

Mbappe Avropa Çempionatının oyunlarını buraxacaq - Burnu sındı

İdman

18 İyun 2024, 13:14

Fransa yığmasının hücumçusu Kilian Mbappe Avropa çempionatının qrup mərhələsində Avstriya ilə görüşdə (1:0) burnunu sındırıb.

 

Modern.az xarici KİV-ə istinadlə xəbər verir ki, 25 yaşlı forvard həkim müayinəsindən keçib.

 

Tibbi yoxlamadan sonra məlum olub ki, Kilianın əməliyyata ehtiyacı olmayacaq, o, maskada oynayacaq.

 

Həmçinin hücumçunun Avropa çempionatının qrup mərhələsinin qalan oyunlarını buraxacağı və meydana yalnız pley-off mərhələsində çıxa biləcəyi bildirilib.

 

Qeyd edək ki, Avstriya ilə oyunda fransalı Kilian Mbappe Danso ilə toqquşduqdan sonra oyunu davam etdirə bilməyib və Jiru ilə əvəzlənib. Ulduz futbolçunun burnu qırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı