Modern.az

Köçkünlər üçün xərclənən vəsait MƏLUM OLDU

Köçkünlər üçün xərclənən vəsait MƏLUM OLDU

17 Mart 2023, 11:15

2022-ci il ərzində dövlət büdcəsindən vahid aylıq müavinət kimi 473,3 min nəfər məcburi köçkünə ümumilikdə 322899,7 min manat məbləğində vəsait ödənilib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Ölkə ərazisində ictimai və inzibati binalarda sıx məskunlaşan məcburi köçkünlər tərəfindən istifadə edilmiş kommunal xidmətlərə görə 2022-ci il ərzində ümumilikdə 21112,4 min manat məbləğində vəsait aidiyyəti xidmət təşkilatlarının hesabına köçürülüb. Dövlət ali və orta ixtisas təhsil müəssisələrinə 2022/2023-cü tədris ilində ödənişli asaslar ilə yeni qəbul olmuş 4,9 min nəfər məcburi köçkün statuslu tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi