Modern.az

Elektrik enerjisi istehsalı ARTIB

Elektrik enerjisi istehsalı ARTIB

İqtisadiyyat

15 May 2023, 11:44

Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 6,5% artaraq 9 852,1 mln. kVt-saat səviyyəsində olub.

 

Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

 

“Yanvar-aprel aylarında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 6,5% artaraq 9 852,1 mln. kVt-saat, ixrac 1244,1 mln. kVt-saat, idxal isə 41,1 mln. kVt-saat olub”, - paylaşımda bildirilib.

 

Məlumata görə, yanvar-aprel aylarında İES-lər üzrə 9 266,1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 586 mln. kVt-saat elektrikenerjisi istehsal edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!