Modern.az

Bizi narahat edən inflyasiyadır - Taleh Kazımov

Bizi narahat edən inflyasiyadır - Taleh Kazımov

İqtisadiyyat

5 İyun 2023, 10:37

Bizi narahat edən inflyasiyadır. Aprelin inflyasiyası 12,8 % olub.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

 

“Burada əsas ərzaq qiymətlərinin artımıdır. Azərbaycanda ÜDM 0,1 %, qeyri-net ÜDM məhsulu 3,7 % artıb. AMB-nin aprel ayının proqnozlarına görə, 2023-cü ilin sonunda ÜDM artımı 1,8-2 % civarında olacaq. Qeyri-neft ÜDM isə 5,7 %-ə çatacaq. Aprelin proqnozlarına əsasən ilin sonunda illik inflyasiya 8,3 % olacaq. Yanvar ayının inflyasiya proqnozu 7,9 % olub", - deyə AMB sədri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı