Modern.az

Türkiyə Mərkəzi Bankına xanım rəhbər gətirilir

Türkiyə Mərkəzi Bankına xanım rəhbər gətirilir

5 İyun 2023, 15:50

Türkiyə Mərkəzi Bankının sədri dəyişdirilə bilər.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Hafize Qaye Erkanın bu vəzifəyə gətirilməsi ilə bağlı müzakirələr aparılır.

 

"Bloomberg" agentliyinin məlumatına görə, Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşek Qaye Erkanla görüş keçirib. Görüşün detalları açıqlanmayıb.

 

ABŞ-da yaşayan və "ən gənc maliyyə professoru" adını qazanan Erkanın dünən Ankaraya gəldiyi bildirilir.

 

41 yaşlı iqtisadçı Boğaziçi və ABŞ-ın Prinston Universitetlərində təhsil alıb. Qaye Erkan ABŞ-da müxtəlif beynəlxalq təşkilatlarda və qurumlarda çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər