Modern.az

Qubada qəbir qazıntısı zamanı divar tapılıb

Qubada qəbir qazıntısı zamanı divar tapılıb

14 Noyabr 2022, 14:40

Quba rayonunun Digah kəndində yerləşən qəbirstanlıq ərazisində, dəfn məqsədilə qazıntı aparılan zaman, çaydaşlarından və bişmiş kərpicdən ibarət, eni 80 santimetr qalınlığında olan divar aşkarlanıb.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Modern.az-a verilən xəbərə görə, bundan əlavə ərazidən müxtəlif keramika nümunələri və dəyirman daşı da tapılıb.

 

Ərazi Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə görürülüb.

 

Sakinlərdən əldə olunan məlumata görə ərazidən daha öncə də sikkələr, kəmər, saxsı qablar və s. maddi mədəniyyət nümunələri aşkar olunub.

 

Ərazinin kompleks tədqiq olunmasına ehtiyac var. Bununla bağlı tədbirlərin görülməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu