Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.
Bu barədə Modern.az-a A.Fərziyeva özü məlumat verib.
A.Fərziyeva qeyd edib ki, noyabrın 1-dən tutduğu vəzifədən öz xahişi ilə ayrılıb.
O, bundan sonra da media sahəsində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
A.Fərziyeva 2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri olan jurnalist daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Aysel Fərziyeva Lider TV-də “Ekonomiks”, ATV-də “Xəbərlər”, “ATV iqtisadiyyat”, “Made in Azerbaijan” verilişlərinin aparıcısı olub. O, “ARB 24”də “Xəbərlər”, “Business lady”, “Pandemiya gündəmi”, “Nə baş verir” kimi bir sıra ictimai-siyasi proqramların aparıcısı kimi fəaliyyət göstərib.