Modern.az

Nazarbayev azərbaycanlı jurnalistə imzalı kitab göndərdi - FOTO

Nazarbayev azərbaycanlı jurnalistə imzalı kitab göndərdi - FOTO

Media

30 Dekabr 2023, 11:20

“Qazaxıstanın birinci Prezidenti, Türk dünyasının bilgəsi, idealım, qibtə etdiyim, çox sevdiyim ən müdrik siyasətçidən, ən gözəl və yaraşıqlı kişidən gözlənilməz hədiyyə aldım”.

Bunu Modern.az-a açıqlamasında AzTV-nin Xəbərlər departamentinin böyük redaktoru, tanınmış jurnalist Aida Eyvazlı bildirib.

A.Eyvazlının sözlərinə görə, Nursultan Nazarbayev yeni çapdan çıxmış “Mənim ömrüm: asılılıqdan azadlığa” adlı roman epopeyasını öz şəxsi imzası ilə ona göndərib.

“Bu yuxudur? Əsla! Yuxu deyil! Həqiqətdir! Kitabı əlimə götürürəm, öpüb gözlərimin üstünə qoyuram, qoxlayıram, ruhunu ürəyimə çəkirəm!”.


Aida Eyvazlı bildirib ki, o, bu günə kimi Nursultan Nazarbayevin iki kitabını Azərbaycan dilinə  tərcümə edib. İndi qərara alıb ki, “Mənim ömrüm: asılılıqdan azadlığa” adlı roman epopeyasını da 2024-vü ildə Azərbaycan dilinə tərcümə etsin.

“Mən böyük dövlət adamı, siyasi xadim, Türk dünyasının ağsaqqalı, Azərbaycanın yaxın dostu Nursultan Nazrbayevin “Həyat yolu” və “Zaman və düşüncələr” adlı kitablarını tərcümə etmişdim.
Yeni kitabı tərcümə etməyi isə Tanrı buyurub! Bu mənim tarix qarşısında missiyam və taleyimdir!”, - jurnalist vurğulayıb.

“Nazarbayev kimi böyük bir şəxsiyyəti tərcümə etmək mənim alın yazımdır. Tanrı buyurduğu üçün mən bu kitabı tərcümə etməliyəm”. – A.Eyvazlı əlavə edib.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir