Modern.az

Manşet.az-ın 3 yaşı tamam oldu

Manşet.az-ın 3 yaşı tamam oldu

Media

10 İyun 2024, 09:56

Bu gün Manşet.az xəbər portalının 3 yaşı tamam olur.

 

Modern.az xəbər verir ki, xəbər portalı  2021-ci il iyunun 10-dan fəaliyyətə başlayıb və qısa müddət ərzində populyarlıq qazanıb.

 

Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri və hadisələri oxuculara təqdim edir. Manset.az-ın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində, sayt ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir.

 

Saytın təsisçiləri  Famil Fərhadoğlu və Əli Vəliyevdir.

 

Saytda siyasət, iqtisadiyyat, mədəniyyət, idman bölmələri fəaliyyət göstərir. Gündəmin nəbzini tutan Manşet.az tək Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz tərəfindən də izlənilir və sevilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı