Modern.az

Gündüz Abbaszadə yeni vəzifəyə təyin edildi

Gündüz Abbaszadə yeni vəzifəyə təyin edildi

Media

1 Avqust 2024, 17:40

Tanınmış telejurnalist Gündüz Abbaszadə yeni vəzifəyə təyinat alıb.

Modern.az xəbər verir ki, G.Abbaszadə “CBC Sport" telekanalının şərhçilər qrupunun rəhbəri və proqramlar direktoru təyin edilib.

Qeyd edək ki, Gündüz Abbaszadə bundan əvvəl “Qarabağ" klubunun mətbuat katibi işləyib. O, “Qarabağ”da 2021-ci ilin fevralından 2023-cü ilin iyununa qədər çalışıb.

G.Abbaszadə daha əvvəl "İdman" qəzeti, AzTV, ANS TV və “CBC Sport” telekanallarında fəaliyyət göstərib.  2011–2015-ci illərdə “Neftçi” klubunun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən futbol matçlarına şərhçilik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər