Ermənilər Bakıya gələcəklərmi?

Ermənilər Bakıya gələcəklərmi?

Ölkə

13 Mart 2023, 12:28

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub.

 

Maraqlıdır, ermənilər təklifi qəbul edib, Bakıya gələcəklərmi?

 

Modern.az-ın məlumatına görə, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, ermənilərin Bakıya gəlməməsi üçün bəhanə qalmayıb.

 

"İllər uzunu bizdən tələb edirdilər ki, Qarabağ separatçıları ilə birbaşa dialoqa başlayaq. Mövqeyimiz belə idi ki, torpaqlarımızı Ermənistan işğal edib, danışıqlar ancaq İrəvanla aparıla bilər və Minsk Qrupu formatında bu proses aparılırdı. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Qarabağ mövzusunun müzakirəsi dayandırıldı. Çünki Qarabağ daxili məsələmizdir, bunu başqası ilə müzakirə etmək doğru deyil. Müharibədən sonra Qarabağın erməni icmasının nümayəndələri ilə bir neçə dəfə görüş olub. İndi erməni icmasının nümayəndələri danışıqların davamı üçün Bakıya dəvət edilib. Nə qərar verəcəkləri maraqlıdır. İllər boyu deyirdilər ki, “rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın”. Bu da dialoq, daha bəhanələri qalmayıb. Erməni icmasının nümayənədələri ilə Qarabağda - Laçının ətrafında və Xocalıda təmas olub, indi növbə paytaxt Bakınındır", - politoloq əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna növbəti hücuma başladı, ağır döyüşlər gedir