Modern.az

Bakı və İrəvan arasında razılaşdırılmış maddələrin sayı artıb – XİN başçısı

Bakı və İrəvan arasında razılaşdırılmış maddələrin sayı artıb – XİN başçısı

5 İyun 2023, 11:56

Vaşinqton danışıqlarının praktiki olaraq müsbət nəticələri olub.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış maddələrin sayı artıb.

 

“Hələ də açıq qalan məsələlər, tərəflər arasında tam razılıq əldə olunmayan məqamlar var. Ona görə də proses davam edəcək”, - nazir qeyd edib.

 

Xatırladaq ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı