Modern.az

AMİP sədri namizədliyini irəli sürməyəcək? - AÇIQLAMA

AMİP sədri namizədliyini irəli sürməyəcək? - AÇIQLAMA

Ölkə

12 İyul 2024, 12:06

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bir sıra seçki dairələri üzrə deputatlığa namizədlərini irəli sürüb. 

AMİP-in 11 üzvünün namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Maraqlıdır ki, siyahıda partiyanın sədri Arzuxan Əlizadənin adı yoxdur. 

Bəs bu nə ilə əlaqədardır?

Modern.az bununla əlaqədar AMİP sədrinin müavini Əli Orucovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Əli Orucov Arzuxan Əlizadənin adının namizədlərin siyahısında olmamasının səbəbini belə izah edib:

"Ümumiyyətlə, heç bir partiya sədri hələ ki namizədliyini irəli sürməyib. Görünür, onlar nədənsə tərəddüd edirlər, ya gözləyirlər. Ola bilər ki, digər partiyalarla razılaşmaya gəliblər ki, bir-birlərinin dairələrindən namizəd olmasınlar. Buna görə ola bilsin ki, sədrlərin adları hələ ki namizədlərin siyahısında yoxdur. Arzuxan Əlizadənin də mövqeyi qətiləşməyib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri