Modern.az

Hakim partiyanın namizəd siyahısı 57 faizdən çox YENİLƏNİB

Hakim partiyanın namizəd siyahısı 57 faizdən çox YENİLƏNİB

Ölkə

17 İyul 2024, 15:47

Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Partiya 125 seçki dairəsinin hamısında namizəd irəli sürüb.

 

Modern.az-ın məlumatına görə, YAP-ın yeni siyahısı 2020-ci ildə keçirilən parlament seçkilərində açıqlanan siyahıdan əsaslı şəkildə fərqlənib.

 

Partiyanın qadın namizədlərinin sayı artıb. Belə ki, 2020-ci ildə YAP-dan 27 qadının namizədliyi irəli sürülmüşdüsə, budəfəki seçkilərdə 34 qadının namizədliyi dəstəklənib.

 

Ümumilikdə YAP-ın siyahısında olan 53 nəfərin (42,4 faiz) namizədliyi əvvəlki seçkilərdə də irəli sürülüb. Beləliklə, hakim partiyanın namizəd siyahısı 72 nəfər (57,6 faiz) yenilənib. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu