Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. "Qafqazinfo" bildirib ki, Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.
Modern.az saxlanılan bələdiyyə sədrinin kim olduğunu öyrənib.
Əldə etdiyimiz məlumata görə, saxlanılan digər şəxs rayonun Diyallı kənd bələdiyyəsinin sədri Cahangir Surxayevdir.
***
10:05
İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub.
Qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var.
Yaxın vaxtlarda əməliyyatla bağlı açıqlamanın veriləcəyi gözlənilir.