Modern.az

Sahibə Qafarova “Naməlum əsgər” məzarını ziyarət etdi

Sahibə Qafarova “Naməlum əsgər” məzarını ziyarət etdi

13 Fevral 2023, 11:40

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.

 

Modern.az xəbər verir ki, Milli Məclisin sədri səfər çərçivəsində Moskva şəhərinin “Aleksandr” bağına gələrək “Naməlum əsgər” məzarının önünə əklil qoyub.

 

Gün ərzində Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri