Modern.az

Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycanda

Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycanda

15 May 2023, 15:28

“Ümummilli Lider Heydər Əliyevin 100 illiyi”nə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etmək məqsədilə Ukrayna Ali Radası Sədrinin müavini xanım Olena Kondratiukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Adil Əliyev "Facebook" hesabında bildirib. 

 

"Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərdən bəhs edərək, qarşılıqlı fəaliyyətin hər iki ölkənin mənafeyinə uyğun olmasını qeyd etdik. Eləcə də, Ermənistanın 30 il davam etmiş təcavüzündən bəhs edərək, işğal altında qalmış rayon və şəhərlərimizin xarabalıqlara çevrilməsini bildirdim. İşğaldan sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış abadlıq-quruculuq işlərindən bəhs edərək, beynəlxalq hava limanlarının tikilməsini, “ağıllı şəhər”, “ağıllı kənd” kimi müasir layihələrin salınmasını, nəticədə məcburi köçkünlərin 30 ildən sonra öz evlərinə geri qayıtmasını bildirdim",- deyə o qeyd edib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir