Modern.az

“Sorosun adamı” Vardanyanın kadrlarını Qarabağdan QOVUR

“Sorosun adamı” Vardanyanın kadrlarını Qarabağdan QOVUR

Qarabağ

1 Mart 2023, 11:02

Separatçıların "dövlət naziri" postundan uzaqlaşdırılan Ruben Vardanyanın komandası qondarma rejimdən uzaqlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

 

İddia edilir ki, Vardanyanın özü ilə gətirdiyi kadrlar Azərbaycanın tələbi ilə "vəzifədən" kənarlaşdırılır. Qəzetin yaydığı məlumatda konkret adlar açıqlanmayıb. Lakin bildirilir ki, qondarma rejimin Vardanyanın adamlarından təmizlənmə prosesinə start verilib.

 

Bundan əlavə, işdən çıxarılan şəxslərə Qarabağı tərk etmələri barədə tapşırıq verildiyi deyilir. Qeyd olunub ki, təmizləmə əməliyyatı yeni "dövlət naziri" Qurgen Nersisyan tərəfindən başladılıb.

 

Xatırladaq ki, fevralın 22-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb, onun yerinə Qurgen Nersisyan gətirilib.

 

Nersisyan 1985-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsil alan Nersisyan 2021-ci ildən bu günə qədər separatçıların "baş prokuroru vəzifəsində" işləyib. Xankəndi separatçıları arasında "Sorosun adamı" kimi tanınan Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu bildirilir. Vardanyanın yerinə Nersisyanın gətirilməsi onun "Sorosun adamı" olması ilə əlaqələndirilir.

 

Rahib Ələsgərov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır