Modern.az

Arayik istefa hazırlığında - Moskvadan xəbər gözləyir

Arayik istefa hazırlığında - Moskvadan xəbər gözləyir

Qarabağ

17 Mart 2023, 09:34

Moskvadan göstəriş gəlməsə, Qarabağdakı separatçıların "rəhbəri" Arayik Arutyunyan istefa verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən məyus qayıdıb. Çünki Paşinyan Azərbaycanın tələblərinə alternativin olmadığını deyib. Arutyunyan hesab edir ki, o, istefaya doğru gedir.

 

Bundan əvvəl Arutyunyanın istefa vermək niyyətində olduğu bildirilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı