Modern.az

Beynəlxalq forumun iştirakçıları Ağdam şəhərində

Beynəlxalq forumun iştirakçıları Ağdam şəhərində

Qarabağ

7 Dekabr 2023, 11:10

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə dekabrın 6-da Bakıda işə başlayan “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları Ağdam şəhərinə gəliblər.

 

Modern.az xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Sonra rayonun Baş Qərvənd kəndi ərazisində mina təmizləmə prosesi ilə tanışlıq olacaq. Forum işini Ağdam Konfrans Mərkəzində davam etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri