Kuba lideri İlham Əliyevə məktub göndərdi

Kuba lideri İlham Əliyevə məktub göndərdi

Reportaj

22 May 2023, 19:17

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Cənab Prezident!

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

 

Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.

 

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Putinin iclas keçirdiyi qərargah vuruldu