Modern.az

İntiqam Əliyevin ölkədən çıxışına icazə verildi

İntiqam Əliyevin ölkədən çıxışına icazə verildi

Aktual

5 İyun 2016, 23:08

 

Baş prokuror Zakir Qaralovun Ali Məhkəməyə verdiyi protest əsasında 5 il şərti cəza ilə azadlığa çıxan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib. Modern.az saytı xəbər verir ki, bu barədə İntiqam Əliyevin oğlu Nəcmi Əliyev öz feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Sumqayıt Məhkəməsi bununla bağlı qərar qəbul edib: “Sumqayıt Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə Intiqam Aliyev 10 gün müddətinə ölkədən çıxışına icazə verilib. İ. Əliyev Avropa Şurasının təşkilatçılığı ilə 6-7 iyunda keçirilən tədbirdə iştirak etmək üçün bugün Strazburqa yola düşüb.

O, Avropa Şurasına üzv ölkələrdə vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər mövzusunda keçirilən konfransın açılışında çıxış edəcək. Konfransın işində AŞ İnsan Haqları Komissarı, diplomatlar, ekspertlər, üzv ölkələrin hökümət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı