Şotlandiyada dünyada bədənində ən çox döymə olan pensiyaçı kimi qəbul edilən 80 yaşlı Tom Leppard həyatını itirib.
Modern.az xarici mediayaistinadən bildirir ki, o, Şotlandiyanın İnverness şəhərindəki qocalar evində ölüb. Kişi demək olar bütün bədəni bəbir rəngini xatırladan döymə rəsmlərə görə şöhrət qazanmışdı.
Mərhum bu döymələrə təxminən 5,5 min funt sterlinq (7,8 min dollara yaxın) sərf edib. Onun sözlərinə görə, heç vaxt ona gəlir gətirəcək döymələr arzulamayıb. Leppard sərgilərdə və müxtəlif tədbirlərdə iştirak edirdi.
Onu dünyada bədənində ən çox döymə olan pensiyaçı kimi 2016-cı ildə tanıyıblar. Şotlandiyalının ölümündən sonrakı rekordçunun kim olduğu isə xəbər verilmir.
Modern.az