Türkiyədə dövlət çevrilişinə cəhd olunub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bir qrup əsgər "Atatürk" hava limanına daxil olub. Son məlumata görə, hava limanında bütün uçuşlar dayandırılıb. Əsgərlər hava limanında nəzarəti ələ keçirib.
Digər bir məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanına doğru yola çıxıb. Onu qarşılamağa yüzlərlə vətəndaşın hava limanına getdiyi bildirilir.
Modern.az