“Türkiyədə baş verən hadisələri təşkil edən daxili və xarici qüvvələr cəzalarını alacaqlar”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu fikri Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyədə hökuməti devirməyə çalışan qüvvələr Amerikada yaşayan Fətullah Gülən tərəfindən idarə olunur.
“Bir neçə dəfə Türkiyədə ordu hökuməti devirməyə çalışıb. O zaman xalq müqavimət göstərməmişdi. Amma 15 iyul hadisələrində insanlar küçələrə çıxıb əsgərlərin qarşısını kəsdi”-, deyə diplomat bildirib.
Orhan İşık, başda prezident İlham Əliyev olmaqla, qardaş Azərbaycan xalqının baş verənlərə görə narahatlığını ifadə etməsinin Türkiyəyə güc verdiyini bildirib.
Modern.az