Modern.az

Polis İrəvanın mərkəzində müxalifətin icazəsiz aksiyasını dağıdıb

Polis İrəvanın mərkəzində müxalifətin icazəsiz aksiyasını dağıdıb

Aktual

18 İyul 2016, 21:46

Polis İrəvanın mərkəzində müxalifətin icazəsiz aksiyasını dağıdıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, insident İrəvanın Azadlıq meydanında baş verib. Bir qrup müxalifətçi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına yürüş etmək istəyib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı