Modern.az

Polis maşını ilə toqquşma ölümə səbəb olub

Polis maşını ilə toqquşma ölümə səbəb olub

مورد توجه

1 Avqust 2016, 20:52

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun giriş qapısında, dördyol adlanan hissəsində qeydə alınıb.

 

Zərdab rayon sakini Mirəli Əli oğlu Yahyayevin idarə etdiyi "VAZ 21011" markalı minik maşını ilə rayon polis şöbəsinə məxsus "Qazel" markalı maşın toqquşub.

 

Nəticədə VAZ markalı minik maşının sürücüsü hadisə yerində ölüb. Qəza nəticəsində yol, 1 saatdan artıq müddətdə bağlı qalıb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı