Modern.az

Avqustda Azərbaycanda 17 mina zərərsizləşdirilib

Avqustda Azərbaycanda 17 mina zərərsizləşdirilib

Aktual

7 Sentyabr 2016, 11:41

2016-cı ilin avqust ayı ərzində 7 296 238 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 27 007 ədəd PHS və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Modern.az-a verilən məlumata görə, əməliyyatlarda 505 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət iştirak edib.

 

Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

 

İndiyədək cəmi 385 710 321 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 059 -dir.

 

Avqust ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

 

Məlumatda 2016-cı ilin avqust ayı ərzində mina/PHS hadisəsinin qeydə alınmadığı bildirilib.

 

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı