Modern.az

Müəllimdə vicdan susmamalıdır

Müəllimdə vicdan susmamalıdır

مورد توجه

4 Oktyabr 2016, 16:04

İnsanın vicdanı susanda onun daxilində bütün haqsızlıqlar qalib gəlir. Bu insan cəmiyyət üçün yararsız olaraq, yalnız özünü düşünüb yaşayır. İnsanın bu yaranışı üçün əvvəla onu yaradan ailə təməli və ətraf mühit məsuliyyət daşıyır. O ailə ki, ata və ananın  hələ orta məktəb təhsili natamamdır, yaratdığı varlığı yalnız yeməklə böyüdərək təhsil almasını düşünmədənhər şeyi bu uşağın gələcəyindən gözləyir. Belə ailələrdə tərbiyə düzgün qurulmadığı üçün böyüyən uşaqlarda vicdan ya olmur,ya da əbədiyən susur….

 

Bəzənsə belə deyilir ki, ata da, ana da savadsızdır…amma uşaqlardan hansısa həm tərbiyəlidir, həm də yaxşı oxuyur…Bu yalnız o halda olur ki, ətrafında olan insanlar ona yaxşı örnək olub. Evdəki mühitlə ətrafındakı mühit arasındakı fərqi dəyərləndirən uşaq ətraf mühiti seçir və onlar kimi yaşamaq istəyir. Bu istək ona güc verərək, düşünməyə məcbur edir o valideynlərinin düzgün olmayan yaşayış tərzindən bezir, utanır və evdəki ağır mühitdən azad olmaq üçün yaxşı insan olmağa çalışır və məqsədinə nail olur. Bəzən də əksinə-ziyalı ailənin iradəcə zəif uşaqları kənardan qazanılmış tərbiyəyə malik olurlar.Bu uşaqlar gördükləri hər bir hərəkəti təkrarlamağa çalışırlar.Bu zaman valideyn bunu hiss etməli,övladının dərsdən sonrakı həyatını dəyərləndirməli,onun asudə vaxtınınpis vərdişlərə deyil, idmana,musiqiyə və s.maraqlı dərnək və tədbirlərə sərf olunmasına çalışmalıdır. Əks təqdirdə kənardan qazanılmış pis vərdişlər məktəblidə kök atır…sonra gec olur.

 

Dediyim odur ki, günü bugün, elə o vaxtlar da olduğu kimi məktəblərdə tədris və tərbiyə çox önəmlidir.Ona görə məktəb seçimi son zamanlar mühüm məsələyə çevrilib. Necə deyərlər, gərək yüz ölçüb bir biçəsən.

Aparılan araşdırmalar göstərir ki, məktəb rəhbərinin özünün  nümunəvi bir müəllim, vicdanı təmiz və nüfuzlu olması çox vacibdir.Deyirlər ki, elə rəhbərin kollektivində vicdanı susmuş müəllim ola bilməz!

İndi ölkəmizdə belə məktəblər çoxdur.Bu məktəblərdən biri də Bakının  Səbail  rayonunda yerləşən 6 saylı tam-orta məktəbdir. Məktəbin direktoru Gülşən Orucova hələ direktor vəzifəsində çalışmadığı zamandan Əməkdar müəllim adına layiq görülüb. Belə demək mümkünsə 6 nömrəli məktəb bəxti gətirənlərdən oldu. Elə həmin vaxtdan bu məktəbdə hər şey yenidən quruldu...bir əməkdar müəllim səviyyəsində.

 

Bu gün orda təhsil alan şagirdlər müəllimləri sayəsində yüksək səviyyədə təhsillərini başa vururlar. Ayrıcamüəllim-şagird münasibətinə də toxunmaq məncə yerinə düşər.Onları bir yerdə görəndə mənəelə gəldi ki, şagird (uşaq) valideyni ilə danışır, sonra öyrəndim ki, valideyn sandığım Müəlliməsiyimiş.Məni çox duyğulandırdı...müəllimənin şagirdə olan gözəl münasibəti. Kaş ki, bütün məktəblərin belə müəllimləri olaydı və o şagirdlərdə bu qayğını görəydilər. Balalarımızın belə qayğıya çox ehtiyacı var.

 

Fikrimcə, bütün bu uğurların arxasında əsasənməktəbin rəhbəri Gülşən Orucovanın zəhməti dayanır. Onun rəhbərlik etdiyi təhsil müəssisəsində  çalışan müəllimlər mən deyərdim ki, Azərbaycanın nümunəvi müəllimləridir, onların təcrübələri digər təhsil müəssisələrinin müəllimləri üçün nümunə olmalıdır.

Mən bir jurnalist, həm də valideyn kimi gördüklərimi, bildiklərimi və eşitdiklərimi yazdım...

 

Müəllim Günü münasibəti ilə 6 saylı məktəbin direktoru Gülşən Orucovanı və onun rəhbərliyində çalışan bütün müəllimləri təbrik edirəm və onlara buradan deyirəm ki, sükanı belə saxlayın, biz sizinləy

 

Əlimirzəyeva Maral, AzTU-nun mətbuat xidmətinin əməkdaşı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı