İraqın Mosul şəhəri yaxınlığında hərbi konvoya hücum edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Mosulun Bilavet kəndinin ərazisində terrorçu-kamikadze hərbi konvoya hücum edib.
Məlumata görə, terrorçu-kamikadzenin zirehli avtomobillər yoldan keçərkən özünü partlatması nəticəsində İraq ordusunun 70-ə yaxın hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.
Qeyd edək ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.
Modern.az