Yanvarın 4-də saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndində kənd sakinləri Ruslan İbrahimovun idarə etdiyi "Opel" və Nurəddin Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sürücü və "Opel" markalı avtomobildə olan 8 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan 4-nə xəstəxanada ilkin tibbi yardım göstərildikdən buraxılıb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Modern.az