Modern.az

Türkiyədə daşınmaz əmlaka yatırım imkanı – Ekspert şərhi

Türkiyədə daşınmaz əmlaka yatırım imkanı – Ekspert şərhi

Aktual

10 Aprel 2017, 14:20

Son dönəmlərdə Turkiyə maliyyə bazarları ilə əmlak şirkətlərinin birgə əməkdaşlığı ilə inşaaat şirkətlərinin maliyyələşdirilməsi çərçivəsində yeni maliyyə alətinin emissiyası reallaşıb.

Belə li, baş nazirliyə bağlı olan “TOKİ” dövlət inşaat şirkəti tərəfindən kütləvi təkliflə İstanbul Birjasında alqı-satqısı təmin edilən daşınmaz əmlak sertifikatı emissiya olunub. Həyata keçiriləcək yeni projenin ümümi maliyyətinin 27% bu sertifikatlar vasitəsi ilə və qalan 73% şirkətin özü tərəfindən maliyyələşdiriləcək.

 

Yatırımcı üçün hansı fürsətlər yaradılır?

 

İstənilən yerli və xarici investor, o cümlədən Türkiydədə daşınmaz əmlaka investisiya etmək istəyən Azərbaycan yatırımcıları hər birinin qiyməti 42.50 TL olmaqla istənilən sayda sertifikat alaraq İstanbulda daşınmaz əmlaka ortaq olmuş olur. 100 ədəd sertifikat projenin 1 kvadrat metrinə (cari qiymətlərlə 1150 USD) sahib olduğunuzu təsdiq edir.

Tikilməkdə olan binanın 27%-i satılmayaraq blok halında sertifikat sahibləri üçün saxlanılır. Sertifikat sahibi, yəni projenin ortağı təxminən üç ilin sonunda sahib olduğu sertifikatların nisbətində əmlak payını ala bilir. O, istədiyi zaman sertifikatı birjada cari qiymətlə sataraq ortaqlıqdan ayrılabilir və ya sertifikat ilə blok mənzilləri satışından əldə olunan gəlirlə sertifikatını emitent investisiya şirkətinə verərək hər bir sertifikatına düşən pay həcmində vəsaitini geri ala bilir.

Ən önəmli diqqət olunan məsələ sertifikatların bu gün müəyyən edilən ilkin satış qiyməti projenin kvadrat metrinə görə mahiyyətinə görə hesablanıb və projenin tikintisinin başa çatma müddəti yaxınlaşdıqca hazır mənzillərin satış qiymətinədək yüksələcəyi və bu da öz növbəsində sertifikat qiymətlərinin birjada yüksələcəyinə səbəb olacağı gözlənilir.
Bu proje Türkiyədə daşınmaz əmlaka investisiya etmək və mənzil almağa yetəcək qədər vəsaiti olmayan Azərbaycanlı investorlar üçün də maraqlı olabilər.. Necə?

Image result for cəfər ibrahimli


İstanbul fond birjasına çıxış imkanı olan yerli investisiya şirkəti olan “Kapital Menecment İŞ” ASC ilə müqavilə bağlayaraq öz hesabına daşınmaz əmlak sertifikatından istədiyi sayda əmlak sertifikatını almak sifarişi verir və cari gün ərzində investorun hesabına qeyd olunan sertifikatlar alınmış olur. Eyni zamanda, sertifikatı almış investorlar gündəlik qiymət dəyişiklikləri doğrultusunda istədiyi zaman sertifikatını cari bazar qiymətinə sataraq investisiya etmiş olduğu vəsaiti gəliri ilə birlikdə götürərək proje ortaqlığından ayrılmış olur..

 

İqtisadi ekspert Cəfər İbrahimli,

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı