Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə xəbərdarlıq və töhmət tədbirlərindən biri tətbiq edilə bilər.
Modern.az-ın məlumatına görə, bu, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşunda öz əksini tapıb.
Layihədə qeyd edilib ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.
Həmçinin etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntusunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.
Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə, ona qarşı intizam məsuliyyəti tədbirləru tətbiq edilmir.
Layihə Milli Məclisin mayın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Mirmahmud KAZIMOĞLU