Modern.az

Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində

Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində

Aktual

22 Fevral 2019, 13:45

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümünə Heydər Əliyev Fondunun dəstəyi ilə “Ağrı” bədii-sənədli əsərini nəşr edib.

 

 

Modern.az xəbər verir ki, İsrail müəllifləri Əmir və Arye Qutun ərsəyə gətirdiyi roman Azərbaycan xalqının unudulmaz Xocalı ağrısını real hadisələr və sənədli materiallar əsasında işıqlandırmaqla yanaşı, baş vermiş faciənin insan talelərinə vurduğu zədələrdən, beynəlxalq aləmin, hələ də bu bəşəri haqsızlığa laqeyd, susqun münasibətindən bəhs edir.  

Əsərdə göstərilən faktlar Xocalı soyqırımının təfərrüatlarının üzə çıxarılması, törədilmiş tarixi ciyanətlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxımından fundamental əhəmiyyətə malikdir.

Bir neçə xarici dildə nəşr olunmuş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Saday Budaqlı çevirib.

   

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı