Modern.az

Avropa İttifaqının Azərbaycanda işlənəcək qaz yataqlarında maraqları

Avropa İttifaqının Azərbaycanda işlənəcək qaz yataqlarında maraqları

Aktual

23 Aprel 2019, 23:16

“Avropa İttifaqı (Aİ) Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükündə maraqlı ola bilər”.

Modern.az xəbər verir ki, bu barədə  “Trend”ə Avropa Komissiyasından bildiriblər.

 

Qeyd olunub ki, Aİ-nin enerji şaxələndirilməsi siyasəti təkcə yeni qaz mənbələrinə deyil, həm də yeni tədarük marşrutlarına yönəlib:

”Tədarükün təhlükəsizliyi ilə bağlı siyasəti çərçivəsində Aİ Xəzər dənizindən - Azərbaycanın hələ işlənməmiş yataqlarından və Türkmənistandan qaz tədarüklərində maraqlı ola bilər”.

 

Bu baxımdan Avropa Komissiyasında ”Cənub Qaz Dəhlizi”nin enerji ehtiyatları tədarükünün şaxələndirilməsi üçün vacibliyini vurğulayıblar:

”Layihənin reallaşdırılması başa çatdıqdan sonra Aİ ”Şahdəniz-2” yatağından 10 milyard kubmetr qaz əldə edəcək. ”Cənub Qaz Dəhlizi”nin buraxılış qabiliyyəti daha güclü kompressor stansiyaları sayəsində artırıla bilər”.

 

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda ”Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə ”Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik ”Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və ”Cənub Qaz Dəhlizi”nin hasilat mənbəyidir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı