Modern.az

Azərbaycanla Argentina arasında əlaqələr müzakirə edilib

Azərbaycanla Argentina arasında əlaqələr müzakirə edilib

Aktual

29 Aprel 2019, 21:58

Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Argentina arasında olan əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini xüsusilə vurğulayıblar.

 

Elmar Məmmədyarov 2019-cu ilin mart ayında Argentinaya səfərini qeyd edərək səfər çərçivəsində keçirilmiş faydalı görüşləri və bir çox sahələr üzrə inkişaf etməkdə olan ikitərəfli münasibətləri qeyd edib.

 

Ölkələr arasında əlaqələrin inkişafı baxımından  parlament diplomatiyasının önəmli rol oynadığı qarşı tərəfin diqqətinə çatdıran Elmar Məmmədyarov  bu səfərin iki ölkə arasında olan münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Emilio Monzo Elmar Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilən görüşü məmnunluqla xatırladıb və hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd edib.

 

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı