Modern.az

İmamoğlunun  nəticələri ləğv edildi: İstanbulda seçkilər yenidən keçiriləcək

İmamoğlunun  nəticələri ləğv edildi: İstanbulda seçkilər yenidən keçiriləcək

Aktual

6 May 2019, 20:41

İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğv edildi.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qərarı Ali Seçki Komissiyası (YSK) qəbul edib.

 

Ali Seçki Komissiyası bu gün keçirdiyi toplantının sonunda İstanbul Böyükşəhər bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə qərar verdiyi bildirilir.

 

Bu barədə rəsmi qərar açıqlanmasa da, AKP-nin YSK təmsilçisi "Tvitter" səhifəsində də bu barədə paylaşım edib: “İstanbul seçkiləri yenilənir, xeyirli olsun”.

 

Məlumatda yeni seçkilərin iyunun 23-də keçiriləcəyi bildirilir.

 

Qeyd edək ki, martın 31-də keçirilən seçkilərdə CHP namizədi Əkrəm İmamoğlu 48,79% səslə İstanbul bələdiyyəsinin rəhbəri seçilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı