Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında Dinq Lirenlə (Çin) növbəti – 4-cü görüşünü bitirib.
Modern.az xəbər verir ki, qarşılaşma heç-heçə başa çatıb. Bununla da tərəflər arasında bərabərlik davam edir.
İndiyə qədər keçirilən 3 görüşdən 1-də Teymur, 1-də Liren qalib gəlib. Digər matç isə heç-heçə başa çatıb.
4 görüşdən sonra hesab bərabər olduğu üçün tərəflər tay-brek oynayacaqlar.
Sabah tərəflər tay-brekdə üz-üzə gələcəklər.