Modern.az

Türkiyəni qanunsuz tərk etmək istəyən 490 nəfər saxlanıldı

Türkiyəni qanunsuz tərk etmək istəyən 490 nəfər saxlanıldı

Aktual

7 Oktyabr 2019, 23:06
Egey dənizinin Türkiyəyə aid hissəsində aparılan əməliyyatlar nəticəsində ölkəni qanunsuz yollarla tərk etmək istəyən 490 nəfər saxlanılıb.


Modern.az xəbər verir ki, əməliyyatlar Türkiyənin İzmir, Çanaqqala, Aydın və Muğla şəhərlərində aparılıb.

Saxlanılanların rezin qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri məlum olub. Onların arasında qadınlar və uşaqlar da var.

Saxlanılan şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı