Modern.az

Salyanda bir ailənin 7 üzvü zəhərləndi - 4-ü uşaqdır

Salyanda bir ailənin 7 üzvü zəhərləndi - 4-ü uşaqdır

Aktual

24 Noyabr 2019, 10:00

Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.

 

Modern.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.

 

Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb.

 

Nəticədə 7 nəfər zəhərlənib.

 

Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günel Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı