Modern.az

İcra başçısının müavini qəzaya düşdü - Xanımı dünyasını dəyişdi

İcra başçısının müavini qəzaya düşdü - Xanımı dünyasını dəyişdi

Aktual

25 Noyabr 2019, 10:47

Qaradağ rayonunda "Hyundai" markalı avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər ambulator müalicəyə yola salınıb.

 

Modern.az "Trend"ə istinadən məlumat verir ki, Qaradağ rayonu ərazisində “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər Cabbarov Rəşad və Əminə Zeynalova aldıqları xəsarətlərdən dünyasını dəyişib, daha iki nəfər - Zeynalov Rəşad bədənin müxtəlif yerlərinin əzilməsi və onun 15 yaşlı oğlu Zeynalov Kamran döş qəfəsinin küt travması ilə xəstəxanaya çatdırılıblar. İlkin tibbi yardım aldıqdan sonra hər iki şəxs ambulator müalicəyə yola salınıblar.

 

Qeyd edək ki, R.Zeynalov Tovuz Rayon İcra hakimiyyəti başçısının 1-ci müavinidir, hadisədə dünyasını dəyişən qadın Ə.Zeynalova isə onun həyat yoldaşı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı