Modern.az

Azərbaycanda bələdiyyə seçkiləri BAŞLAYIB - YENİLƏNİB

Azərbaycanda bələdiyyə seçkiləri BAŞLAYIB - YENİLƏNİB

Aktual

23 Dekabr 2019, 08:55

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

 

Azərbaycanda mövcud olan 125 dairədən 7-si bu proseslərdə iştirak etmir, çünki bu dairələr Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan ərazilərdə yerləşir. Ümumilikdə bu 7 dairədən başqa, digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339 326 nəfərdir. Səsvermə 5049 məntəqədə həyata keçiriləcək.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

 

 XXX

 

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

 

Modern.az xəbər verir ki, səsvermə prosesi saat 08:00-da başlayacaq, 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.

 

Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək.

 

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı