Modern.az

29 yaşlı voleybolçu Azərbaycan millisi ilə vidalaşır

29 yaşlı voleybolçu Azərbaycan millisi ilə vidalaşır

Aktual

10 Yanvar 2020, 18:30

29 yaşlı voleybolçu Polina Rəhimova növbəti turnirlərdə Azərbaycan millisində olmayacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə idmançı özü xəbər verib.

İdmançı deyib: "Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq".

Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur.

 

Qeyd edək ki, millimiz Niderlandın Apeldorn şəhərində keçirilən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində mübarizə aparır. A qrupunda yer alan komandamız Niderland millisinə 0:3, Bolqarıstan seçməsinə isə 1:3 hesabı ilə məğlub olub. Bununla da Vasif Talıbovun yetirmələrinin qrupda sonuncu yeri tutacağı dəqiqləşib. Yanvarın 11-də Polşa ilə keçirəcəyi son tur matçının nəticəsindən asılı olmayaraq, Azərbaycan millisi olimpiadaya lisenziya şansını itirib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı