Modern.az

Qəzada ölən şəxs 2 il əvvəl polis orqanlarından xaric edilib - RƏSMİ

Qəzada ölən şəxs 2 il əvvəl polis orqanlarından xaric edilib - RƏSMİ

Aktual

5 Fevral 2020, 15:00

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının yol qəzasında ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən sabiq polis əməkdaşı Vüsal İsmayılov 2018-ci ildə mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

 

Qeyd olunub ki, məlum hadisə fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində baş verib. Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı