Modern.az

Saxta diplom satanlar tutuldu

Saxta diplom satanlar tutuldu

مورد توجه

5 Oktyabr 2012, 16:34

Saxta diplom alveri ilə məşğul olan dəstə tutulub. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Nazirlikdən bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta diplomların alışı və satışı ilə məşğul olan Bakı şəhər sakinləri Məhəmməd Şahməmmədovdan, Ceyhun Nəcəfovdan, Azif Hüseynovdan və Şəki rayon sakini Musa Musayevdən Rusiya Federasiyasının və Azərbaycan təhsil müəssisələrinə aid 6 ədəd diplom, saxta diplom alınması üçün 10 ədəd attestat, 2 ədəd şəhadətnamə, 3 ədəd ümumvətəndaş pasportu və digər sənədlər aşkar edilərək götürülüb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı