Modern.az

Ümumrusiya Azərbaycanlıları Konqresi Moskvada saxlanılan gəncə arxa durdu

Ümumrusiya Azərbaycanlıları Konqresi Moskvada saxlanılan gəncə arxa durdu

Aktual

13 Noyabr 2012, 16:10

“Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsi 18 yaşlı Seymur Nəbizadə ilə profilaktik söhbətlər aparacaq”. Modern.az  Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ÜAK baş katibinin müavini Nemət Nağdəliyev bildirib.

Xatırladaq ki, söhbət Moskvanın elit “Safisa” restoranında keçirilən toy mərasimi zamanı kortejdən açılan atəşlərə görə saxlanılmış şəxsdən gedir. İnsident zamanı 9 nəfər yaxalanıb. Onlardan biri də Moskva şəhəri üzrə güləş çempionatının qalibi S. Nəbizadədir.

“Biz artıq prosesə müdaxilə etmişik və məsələni dərindən öyrənirik”, – deyə ÜAK baş katibinin müavini Nemət Nağdəliyev bildirib. “Qanun çərçivəsində saxlanılmış şəxslərə hər cür yardım göstəriləcək. Və onlara profilaktik söhbətlərlə Moskvada Azərbaycan toyuna xas bütün adətlərin yerinə yetirilməsinin vacib olmadığı bildiriləcək”.

Qeyd edək ki, Seymur Nəbizadə RF Cinayət Məcəlləsinin 213-cü maddəsi (xuliqanlıq) ilə saxlanılıb.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı