Modern.az

"Omicron"a  yoluxan 2 nəfər ÖLDÜ

Current

10 Yanvar 2022, 17:30

Polşada koronavirusun "Omicron" ştamına yoluxanlar arasında ilk ölüm faktları qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Voyçex Andruseviç deyib.

 

Onun sözlərinə görə, bu ştama yoluxmuş iki nəfər həyatını itirib. Nazirlik nümayəndəsi əlavə edib ki, vəfat edənlərin 92 və 85 yaşı olub və peyvənd olunmayıblar.

 

Ümumilikdə, bu günədək Polşada 193 nəfərdə "Omicron" ştamı aşkar edilib.

 

Ötən həftə ərzində ölkədə "Omicron"a yoluxanların sayı 7-8 faiz artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı