Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Ermənistana səfərinin vaxtı açıqlanıb. Modern.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bidzina İvanişvili Ermənistana yanvarın 17-də səfər edəcək.
Açıqlamada həmçinin ABŞ-la bağlı bildirilib ki, Gürcüstanın yeni hökuməti rəsmi Vaşinqtonla 2009-cu ildə bağlanan əsgəri saziş çərçivəsində aktiv əməkdaşlığını davam etdirəcək.
Qeyd edək ki, İvanişvili dekabrın 26-27-də ilk rəsmi səfərini Azərbaycana edib.
Anar