Modern.az

Türkiyədən növbəti antiterror əməliyyatı

Türkiyədən növbəti antiterror əməliyyatı

Current

8 Fevral 2022, 12:54

Türkiyə Silahlı Qüvvələri Mardin vilayətində, Türkiyə-Suriya ərazisində terrorçuların hücumunun qarşısını alıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, bir qrup PKK mənsubu Mardində yerləşən sərhəd məntəqəsinə atəş açıb. Cavab atəşi nəticəsində 4 silahlı zərərsizləşdirilib.

 

Eyni zamanda Suriyanın şimalında davam edən əməliyyat nəticəsində 1 terrorçu zərərsizləşdirilib.

 

Bölgədə antiterror əməliyyatları davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı