Modern.az

“ABŞ və NATO vədlərini yerinə yetirməlidir” - Lavrov

“ABŞ və NATO vədlərini yerinə yetirməlidir” - Lavrov

Aktual

18 Fevral 2022, 17:57

“Moskva ABŞ və NATO-nun üzərinə götürdüyü təhlükəsizlik öhdəliklərini və bununla bağlı Rusiyaya verdiyi vədləri yerinə yetirmələrinə çalışacaq”.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT” kanalına müsahibəsində deyib.



"Biz amerikalı həmkarlarımıza və onların NATO üzrə bütün müttəfiqlərinə vədlərlə kifayətlənə bilməyəcəyimizi ətraflı izah etməkdə maraqlıyıq. Rusiya prezidenti Vladimir Putinin dəfələrlə qeyd etdiyi şifahi təminatların heç bir dəyəri yoxdur", - Lavrov vurğulayıb.



XİN başçısı, həmçinin bildirib ki, hər şeyin ədalətli olmasını təmin etməyə çalışacaqlar: "Ən azından, anlayışlara beynəlxalq səviyyədə hörmət edilməlidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı